“Bizim problem tez-tez edilən məşqçi dəyişikliyində deyil” – MÜSAHİBƏ
04.11.2013 - 00:00
“Rəvan” klubunun kamerunlu yarımmüdafiəçisi Mişel Nak Balokoq Topaz Premyer Liqasının XII turunda “İnter”ə 2:3 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Özümüzü çox pis hiss edirik. Halbuki, görüşdən qələbə ilə də ayrıla bilərdik. 1 xal qazanmağımız üçün isə vaxt yetmədi. Biz bu matçda uduzmağa layiq deyildik.
- Belə erkən qol buraxacağınızı gözləmirdiniz?
- Qarşılaşmaya doğrudan da pis başladıq. İlk dəqiqələrdə qapımızda 2 top gördük ki, belə başlanğıcı gözləmirdik. Bundan sonra fərqi azaltsaq da, buraxdığımız 3-cü top nəticəni həll etdi.
- Komandanız artıq 7 oyundur qələbə qazana bilmir. Bu uğursuzluğun səbəbi nədir?
- Mən bunu sizə söyləyə bilmirəm. Çünki özüm də bunun səbəbini söyləməkdə acizəm. Bilmirəm ki, problem nədədir. Özüm də bunun səbəbini tapmaq istəyirəm.
- “Rəvan”da Ramil Əliyev, Vladislav Qədirov və Şahin Diniyevin rəhbərliyi altında çıxış etmisiniz. Bu baş məşqçilər arasında hansı fərqlər var?
- Məşqçilər arasında fərq qoymaq istəməzdim. Ancaq yeni baş məşqçi ilə cəmi 3 oyuna çıxmışıq. Yeni çalışdırıcımız çox yaxşı məşqçidir. O, işinin peşəkarıdır. Bizim problemimiz tez-tez edilən məşqçi dəyişikliyində deyil. Problem bizdə qələbə üçün nələrinsə çatışmamağındadır.
- Bilirdinizmi ki, yeni baş məşqçiniz vaxtı ilə Azərbaycan millisinin çalışdırıcısı olub?
- Bəli. Bundan xəbərim olub.
- Sizdən başqa, ölkəmizdə hazırda 2 kamerunlu futbolçu oynayır. Bura gəlməzdən öncə onları tanıyırdınızmı?
- Şəxsi tanışlığım yoxdur. Ernest Nforu Kamerunda “Koton Sport”da oynayarkən tanıyırdım. Bilirdim ki, belə bir oyunçu var. Onunla burda dost olmuşuq. Mbilla Etame isə məni tanımasa da, onun Türkiyədə oynadığını mən bilirəm.
- Sloveniyanın “Domjale” komandasından “Rəvan”a gəlmisiniz. “Bakı”da çıxış edən braziliyalı Juninyo da vaxtilə sizin kimi bu komandadan gəlib. Bəs onu tanıyırdınızmı?
- Tanıyıram. Ancaq məndən əvvəl bu klubda çıxış edib. Eləcə də, “Bakı”da oynayan sloveniyalı Lukas Horvatı tanıyıram. Mən “Domjale”yə keçəndə o, burdan “Bakı”ya transfer olunurdu.
Səbuhi TOFİQOĞLU

0
0