Toni Adams: MOİK-in mənə ehtiyacı var
04.11.2013 - 11:54
“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssis Rusiya mətbuatına müsahibəsində Moskva MOİK-inin onun xidmətinə ehtiyacı olduğunu söyləyib.
Rusiya təmsilçisi sabah Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Mançester Siti”nin qonağı olacaq. Bu oyuna proqnoz verən London “Arsenal”ının əfsanəvi kapitanı meydan sahiblərinin qalib gələcəyini bildirib: “Fikrimcə, “Mançester Siti” MOİK-i məğlub edəcək. Mən Dortmunddakı matça gedəcəyəm, hansı ki, “Borussiya” “Arsenal”ı qəbul edəcək. Nə demək olar, oyundan və yağışlı Mançesterdən zövq alın. MOİK-in mənim onu çalışdırmağıma ehtiyacı var”.
Qeyd edək ki, Toni Adams 2010-2011-ci illərdə “Qəbələ”ni çalışdırıb.

0
0