“Arsenal” həzin musiqidir, mənim isə daha çox rokdan xoşum gəlir”
04.11.2013 - 11:59
“Arsenal” həzin musiqidir, mənim isə daha çox rokdan xoşum gəlir”
Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp “Arsenal”la oyun ərəfəsində fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “topçular”ı qəbul edəcək.

Noyabrın 6-da keçiriləcək matçdan əvvəl jurnalistlərin suallarını cavablandıran Klopp “Arsenal” haqda xoş sözlər deyib:

“Venger xüsusi insandır, onu çox sevirəm. O, Ser Arsen Vengerdir. “Arsenal”ın topa nəzarət etməsi onun xoşuna gəlir. Komanda ötürmələrlə oynayır, sanki orkestrdir. Ancaq bu, həzin musiqidir, mənim isə daha çox rokdan xoşum gəlir. Səs-küy olmasını istəyirəm. Təbii, “Arsenal”ın oyun fəlsəfəsini bəyənirəm. Amma mən bu klubu çalışdıra bilməzdim. Çünki fərqli birisiyəm”.

Qeyd edək ki, “Arsenal” ilk dövrədə “Borussiya”ya 1:2 hesabı ilə uduzub.