Goranboyda da meydança quraşdırıldı - FOTOSESSİYA
04.11.2013 - 12:10
Uşaq və yeniyetmələrin futbolla məşğul olmasına daha yaxşı şərait yaratmaq məqsədilə AFFA tərəfindən respublikanın bütün bölgələrində həyata keçirilən süni örtüklü meydançaların quraşdırılması layihəsi davam edir. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu dəfə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndindəki Həzi Aslanov adına orta məktəbin ərazisindəki meydança süni örtüklə təmin olunub.
0
0