İsveç mətbuatı: O, Azərbaycan klubu ilə müqaviləsini pozub
04.11.2013 - 13:25
İsveç mətbuatı “Rəvan”ın futbolçusu Sebastian Kastro-Telyo ilə bağlı məsələyə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, isveçli futbolçu icarədə olduğu Bakı klubu ilə müqaviləsini pozub.
Onun yenidən məxsus olduğu “Hammarbü” klubuna qayıtdığı bildirilir. Halbuki Kastro-Telyonun “Rəvan”la müqaviləsi 2014-cü ilin iyulun 15-də başa çatırdı.
Qeyd edək ki, Sebastian Kastro-Telyo bu yay “Rəvan”a transfer olunub. O, “Bakı”ya transfer olunan Litva yığmasının üzvü Mindauqas Kalonasın yerini doldurmalı olsa da, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı İsveçə getmiş və bir daha geri qayıtmamışdı.

0
0