Rasim Ramaldanov zəif çıxışının səbəbini açıqladı
04.11.2013 - 13:50
“Qabırğamda problem vardı, oyuna iynə ilə çıxmışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov deyib.
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XII turunda səfərdə “Neftçi”yə uduzdu. Oyundan sonra təşkil olunan mətbuat konfransında əyalət təmsilçisinin baş məşqçisi Con Toşak müdafiə xəttindən şikayətləndi. Yetirmələrinin uşaq səhvlərinə yol verdiyini dilə gətirən uelsli çalışdırıcı xüsusilə də penaltiyə səbəb olan Rasim Ramaldanovu hədəf almışdı.
Ancaq millimizin müdafiəçisi əməkdaşımızla söhbətində Toşakla razılaşmadığını ifadə edib: “Fikrimcə, bu, uşaq səhvləri deyil. Dünya şöhrətli müdafiəçilərin də başına belə bir iş gələ bilər. Oyun epizodu idi, bundan da pis səhvlər olur. Özümə bəraət qazandırmıram. Ancaq səhvdən heç kim sığortalanmayıb. Son oyunlara iynə vurdurub çıxıram. Komandaya fayda vermək üçün əlimdən gələni əsirgəməmişəm”.
“Xəzər Lənkəran” ölkə çempionatının son 2 turunda qapısında 7 qol görüb. Əvvəlcə “Qarabağ”a uduzan (0:3) “ağ-yaşıllar” ardından “Neftçi” ilə bacarmayıb (1:4). Ramaldanovun fikrincə, məğlubiyyətlərin səbəbi yalnız müdafiə xəttindəki problemlərlə bağlı deyil: “Qarabağ”la dueldə 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Hamı necə oynadığımızı gördü. Düzdür, “Neftçi” ilə görüşdə zəif təsir bağışladıq. Problem ilk qolu buraxdıqdan sonra istədiyimiz oyunu nümayiş etdirə bilməməyimizdədir”.
Şənbə günü keçirilən növbəti “Böyük oyun” da hakim səhvləri olmadan ötüşmədi. Belə ki, “Neftçi”nin hesabı açdığı epizodda qayda pozuntusu vardı. Cənub təmsilçisinin müdafiəçisi hakim səhvlərinə alışdıqlarını bəyan edib: “Neftçi” hesabı açıq-aşkar oyundan kənar vəziyyətdən açdı. Həmin anda baş hakimə etirazımızı bildirdik. Ancaq heç bir faydası olmadı. Artıq hakimlərin ədalətsiz qərarlarına alışmışıq. Belə şeylər olanda, adam istər-istəməz ruhdan düşür. Kim bilir, fasiləyə bərabərliklə yollansaydıq, nə olacaqdı”.

0
0