“Xəzər Lənkəran”ın narazı qaldığı məqamlar - VİDEO
04.11.2013 - 17:04
“Xəzər Lənkəran”ın narazı qaldığı məqamlar - VİDEO
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının sonuncu turunda “Neftçi”yə məğlub olduğu matçda (1:4) hakimlərin idarəçiliyindən narazı qaldığı məqamları açıqlayıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı klubun “facebook”dakı rəsmi səhifəsində bəyanat yerləşdirilib.

1. İlk dəqiqələrdə Mahir Şükürov Edu Oriola qarşı açıq ayaqla çox kobud oynasa da, baş hakim ona heç sarı vərəqə belə göstərmir.

2. İlk hissənin sonunda "Neftçi" aşkar oyundankənar vəziyyətdən hesabı açıb fasiləyə üstünlüklə yollanır.

3. Hücumçumuz Etame Mbilla Denis Silva ilə ikili mübarizə sonrası yerdə qalır. Denis Silva Mbillaya təpik zərbəsi endirsə də, hakim yenə susur.

4. Sadio Tounkaraya qarşı cərimə meydançasında kobud oyun olsa da, hakim penalti nöqtəsini göstərmir.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçını Orxan Məmmədov idarə edib.