“Bakı”nın futbolçuları “Atletiko”nun oyununu izlədi - FOTOSESSİYA
04.11.2013 - 18:19
“Bakı”nın Madridin “Atletiko” klubunun düşərgəsinə yolladığı 5 futbolçusu dünən “Visente Kalderon” stadionunda Bilbao “Atletik”i ilə baş tutan oyunu canlı izləyib. Apasport.az saytının məlumatına görə, gənc futbolçularımız qarşılaşmadan öncə isə “Atletiko”nun simvollarından sayılan Neptunla (Qədim Allahlardan biri) şəkil çəkdirib, üzərlərinə adları yazılmış "Koka-Kola" şirələrini içiblər.
Qeyd edək ki, “Atletiko” həmin görüşdə “Atletik”i David Vilya və Dieqo Kostanın qolları ilə 2:0 məğlub edib.
Qeyd edək ki, “Atletiko” həmin görüşdə “Atletik”i David Vilya və Dieqo Kostanın qolları ilə 2:0 məğlub edib.
0
0