Millimizin hücumçusu “Ayntraxt”a qarşı 90 dəqiqə oynadı
04.11.2013 - 18:46
Millimizin hücumçusu “Ayntraxt”a qarşı 90 dəqiqə oynadı
Yığmamızın üzvü Rüfət Dadaşov “Kayzerslautern”in U-23 komandasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçumuz Frankfurt “Ayntraxt”ının II komandası ilə səfər matçının iştirakçılarından olub.

“Kayzerslautern”in əsas hücumçusu Yan-Lukas Dorov ötən oyunda aldığı sarı vərəqəyə görə cəzalı duruma düşdüyündən, baş məşqçi Dadaşova ilk dəqiqələrdən şans verib. Futbolçumuz 90 dəqiqə meydanda olsa da, qol vura bilməyib. Onun komandası isə meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib.

Qeyd edək ki, Rüfət Dadaşov milli komandamızda bu il 4 qol vursa da, klubunda cari mövsüm cəmi 2 dəfə fərqlənib.