Yenə yırtıq qapı toru, yenə hakim biabırçılığı - VİDEO
04.11.2013 - 21:31
Yenə yırtıq qapı toru, yenə hakim biabırçılığı - VİDEO
Futbol üzrə İspaniya aşağı liqasında keçirilən "Rasinq" - "Real Oviedo" qarşılaşmasında (3:2) maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, matçın 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Nieto topu rəqib qapısından keçirsə də, baş hakim qolu qeydə alınmayıb. Buna səbəb qapı torunun yırtıq olması olub.

Xatırladaq ki, Almaniya Bundesliqasının IX turunda keçirilən "Hoffenhaym" - "Bayer" (1:2) qarşılaşmasında Ştefan Kisslinqin qapının yan tərəfindəki yırtıq tordan içəri daxil olan topu qol olaraq qeydə alınmışdı.