Mançini: Bir xal da pis olmazdı
04.11.2013 - 22:22
“Çətin oyun olacaq. “Kopenhagen” evdə güclü təsir bağışlayır. Bu, ötən oyundan daha fərqli olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Kopenhagen”lə səfər oyunu öncəsi bu gün təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının IV turu çərçivəsində Danimarka klubu ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib: “Çempionlar Liqasındakı matçlarımızdan ümidliyəm. Son iki oyundakı kimi, çıxış etmək istəyirik. Heyətdə elə də ciddi dəyişiklik etməyəcəyik. Buraya qələbə üçün gəlmişik, amma bir xal da pis olmazdı”.
Mançini zədəli futbolçuları ilə bağlı bu sözləri deyib: “Ayaq barmağı qırılan Musleranın bu matçda oynaması riskli idi. Çünki o, 5-10 dəqiqədən sonra meydanı tərk etmək məcburiyyətində qala bilərdi. Sneyde çox dəyərli futbolçudur. Onun olmaması oyunumuza mənfi təsir edə bilər. Hollandiyalının əvəzinə kimə şans verəcəyimlə bağlı hələ qərar verməmişəm”.
Qeyd edək ki, “Kopenhagen” – “Qalatasaray” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

0
0