PSJ-də hücumçu problemi
05.11.2013 - 00:24
PSJ Çempionlar Liqasının IV turundakı “Anderlext”lə oyuna hücumçusu Edinson Kavanisiz çıxa bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Paris klubunun baş məşqçisi Loran Blan deyib.
Təcrübəli çalışdırıcı “Loryan”la matçda ağrıları səbəbindən çıxış edə bilməyən Zlatan İbrahimoviçin isə start heyətdə meydana çıxmaq ehtimalını yüksək qiymətləndirib: “Hazırda İbrahimoviçin zədəsi elə də ciddi deyil, amma ciddi tədbirlər görməsək, vəziyyəti pisləşə bilər. Əgər oyun öncəsi nəsə problem olmasa, isveçli forvard oynayacaq. Kavanidə isə problem bir az ciddidir. İki gün əvvəl onun ombasında ağrılar meydana gəlib. Əlbəttə ki, onu bu matçda oynadaraq risk etməyin mənası yoxdur”.
Qeyd edək ki, PSJ - “Anderlext” qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

0
0