Qattuzo “Milan”ı simiclikdə günahlandırdı
05.11.2013 - 01:57
Qattuzo “Milan”ı simiclikdə günahlandırdı
Cennaro Qattuzo sabiq klubu “Milan”ın cari mövsümdəki uğursuzluğunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ölkəsi İtaliyanın mətbuatına danışan Qattuzo “rassionerlər” simiclikdə günahlandırıb.

O, klubun transferə pul xərcləmədiyini deyib: “Güclü komanda yaratmaq üçün transferə daha çox pul xərcləmək lazımdır. Kiçik miqdarda investisiya ilə nəsə edə bilmək keçmişdə qaldı. Bu gün İtaliyada “Roma”, “Napoli” və “Yuventus” “Milan”dan daha güclüdür. Çünki onlar yeni futbolçular üçü daha çox pul xərcləyir”.

Qeyd edək ki, “Milan” cari mövsüm İtaliya A Seriyasında 11 oyunda ancaq 12 xal toplaya bilib.