Baş nazir Əziz Yıldırımı tənqid atəşinə tutdu
05.11.2013 - 04:40
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ötən gün yenidən “Fənərbaxça” klubunun prezidenti seçilən Əziz Yıldırımla bağlı sərt açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan baş nazir Yıldırımın “Fenerbank” layihəsini tənqid edib:
“Klubların şirkətləşdirilməsini düzgün hesab etmirəm. 500 milyon dollar borcun var, bank açmaq istəyirsən. Bunun üçün icazə alacağın yerlər məlumdur. Özü də icazə kağızı əlindəymiş kimi söz verir: onu edəcəyəm, bunu edəcəyəm”.
Qeyd edək ki, Əziz Yıldırım seçki öncəsi çıxışlarında “Fənərbaxça” bankı açacağını deyirdi.

0
0