Konte: “Real”ı məğlub edə biləcək gücümüz var
05.11.2013 - 07:18
Çempionlar Liqasında yolumuza davam edə bilməyimiz üçün çox önəmli bir matça çıxacağıq. Bunu haqq etdiyimizi meydanda göstərməliyik”. Apasport.az saytının məlumatına görə bu fikirləri “Yuventus”un baş məşqçisi Antonio Konte “Real”la oyun öncəsi mətbuata açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində bu gün Madrid klubu ilə keçirəcəkləri qarşılaşmanın çox önəmli olduğunu bildirib.
Konte güclü rəqibi yenə biləcəklərini deyib: “Ölkə çempionatındakı son üç oyunda qalib gəldik. Bu çıxışımızı “Real” qarşısında da davam etdirməliyik. Çətin oyun olacaq, amma “Real”ı məğlub edə biləcək gücümüz var. Rəqibin çox effektli hücumları var. Ona görə də, müdafiədə maksimum dərəcədə diqqətli olmalıyıq”.
Qeyd edək ki, “Yuventus” - “Real” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

0
0