Cihan Özkara darmadağında ehtiyatda qaldı
05.11.2013 - 09:37
Cihan Özkara darmadağında ehtiyatda qaldı
Millimizin hücumçusu Cihan Özkara “Sivasspor”un dünən “Qaziantepspor”la səfər oyununda meydana çıxa bilməyib. Apasport.az saytının məlumatına görə, “Sivasspor”un baş məşqçi səlahiyyətlərini icra edən ispaniyalı Sezar Qonsales Lopes Mendiondo onu sonadək ehtiyatda saxlayıb.

Onun meydana çıxmamasına səbəb isə hesab olub. Belə ki, “Sivasspor”un meydanda olan oyunçuları işlərinin öhdəsindən lazımınca gəldiyindən, Özkaraya ehtiyac duyulmayıb.

Qeyd edək ki, qarşılaşma “Sivasspor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.