Boris Levin: Bakıda Səmədova “Səmədyan” deyiblər
05.11.2013 - 10:55
“Bakıda tez-tez oluram. Orada yetərincə dostlarım var. Bu səbəbdən əminliklə deyə bilərəm ki, bakılıların əksəriyyəti Rusiya millisinə azarkeşlik etməsələr belə, bizə görə həyəcan keçirirlər. Azərbaycanlılar sülhsevər və qonaqpərvər xalqdırlar”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiyanın “Sport Ekspress” nəşrinin əməkdaşı Boris Levin söyləyib.
Rusiyalı futbolçuların dostu kimi tanınan həmkarımız yerli mətbuata müsahibəsində oktyabrın 15-də Bakıda keçirilən Azərbaycan – Rusiya matçı ilə bağlı təəssüratlarını bölüşüb.
O, əsasən Aleksandr Səmədovun paytaxtımızda üzləşdiyi təzyiqdən danışıb: “Səmədovun ünvanına səsləndirilən şüarlardan birini yazmaq mümkündür – Samedyan. Bu, Səmədovun soyadının erməniləşdirilməsidir. Əfsus ki, ermənilər azərbaycanlılar üçün barışmaz düşməndir. Qalmaqala səbəb Səmədovun oyundan əvvəl verdiyi müsahibə oldu. Yerli mentaliteti bilmək lazımdır. Bir uğursuz “nakazıvat” (cəzalandırmaq) sözü ucbatından aləm bir-birinə dəydi. Azərbaycanlılar bu sözə başqa, daha sərt anlam verirlər”.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Rusiya matçı 1:1 hesabı ilə başa çatıb. Həmin oyunda məhsuldar ötürmə verən soydaşımız Aleksandr Səmədov yerli publikanın tənqid hədəfi olub.

0
0