AFFA millinin yeni baş məşqçisinin adını açıqladı - FOTO
05.11.2013 - 12:26
AFFA millinin yeni baş məşqçisinin adını açıqladı - FOTO
Çimərlik futbolu üzrə milli komandamızın baş məşqçisi vəzifəsi portuqaliyalı mütəxəssis Joze Migel Mateuşa həvalə olunub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, onun qarşısına yığmanı 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla yeni baş məşqçi arasında görüş keçirilib. Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə millinin indiki vəziyyəti, potensialı və qarşıdakı turnirlərə hazırlıq planları müzakirə olunub. Məmmədov sonda portuqaliyalı mütəxəssisə yeni işində uğurlar arzulayıb.

Qeyd edək ki, çimərlik futbolu üzrə yığma komandanın əvvəlki baş məşqçisi Bəhram Hətəmov idi.