Eder Bonfim: İçkiyə qurşanmışam
05.11.2013 - 12:36
Eder Bonfim: İçkiyə qurşanmışam
“Həyatımın ən acı günlərini yaşayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Eder Bonfim deyib.

Bu ilin sentyabrında baş məşqçi Con Toşak tərəfindən “ağ-yaşıllar”dan qovulan braziliyalı legioner ağır vəziyyətlə üzləşib.

32 yaşlı sağ cinah müdafiəçisi karyerasını bitirmək haqda düşünür. Buna səbəb onun içkiyə qurşanmasıdır. “Xəzər Lənkəran”ı tərk edəndən sonra klubsuz qalan və bu 2 ayda heç bir rejimə əməl etməyən cənubi amerikalı bu əməlləri üzündən “Qaskoyn” ləqəbi də qazanıb.

Ederin özü də bu günə düşməsinə təəssüflənir: “Bu günə qalacağım heç ağılama gəlməzdi. İndi isə belə bir vəziyyətə qalmışam. Klubum da məndən imtina etdi. Mən belə olmasını istəmirdim”.

Qeyd edək ki, Bonfim 2011-ci ildən 2013-cü ilədək “Xəzər Lənkəran”da çıxış edib.