Azərbaycanlı futbolçu 2 il müddətinə diskvalifikasiya edildi
05.11.2013 - 13:12
Azərbaycanlı futbolçu 2 il müddətinə diskvalifikasiya edildi
“Şahdağ”ın hücumçusu Yusif Yusifzadənin 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, noyabrın 3-də keçirilən “Şahdağ” – “Araz Naxçıvan” oyununun 87-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərib.

Buna görə də AFFA İntizam Komitəsi son illər futbolçular haqqında verdiyi ən sərt qərarını Yusifzadəyə tətbiq edib. Komitənin üzvləri onu 2 illiyə uzaqlaşdırmaqla yanaşı, Qusar klubunun 2 min manat cərimə olunması haqqında qərar çıxarıb.