I dəstədə BİABIRÇILIQ: Hakim məni itələyib, sonra söydü
05.11.2013 - 14:02
“Haqqımda çıxarılan qərardan xəbərdaram. 2 il müddətinə futboldan uzaqlaşdırıldığımı eşidəndə şoka düşdüm. Belə sərt qərar gözləmirdim. Rəhbərliklə hələ görüşməmişik. Yəqin ki, bu qərardan şikayət edəcəyik”. Bunu apasport.az saytına “Şahdağ”ın hücumçusu Yusif Yusifzadə deyib.
Bazar günü Qusarda keçirilən “Şahdağ” – “Araz Naxçıvan” oyununda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb. Ancaq Naxçıvan təmsilçisinin 85-ci dəqiqədə vurduğu 2-ci qol meydan sahibi komandanın narazılığı ilə üzləşib.
Belə ki, “Şahdağ”ın futbolçuları vurulan həmin qol zamanı qapıçılarına qarşı kobudluğun qeydə alınmamağından narazı qalıb. Görüşün FİFA referisi Rəhim Həsənov bununla bağlı narazılığını bildirən Yusif Yusifzadəyə 87-ci dəqiqədə qırmızı vərəqə verib. Səbəb isə futbolçunun yan xətt hakiminə fiziki təsir etməsi göstərilib.
Bununla bağlı Yusifzadənin fikirləri isə tamam fərqlidir: “Mən yan xətt hakimini nə vurmuşam, nə də ona fiziki təsir göstərmişəm. Sadəcə, qapımıza 2-ci qol vurulan zaman qapıçımıza qarşı edilən kobudluğa görə yan xətt hakimi bayrağını qaldırmışdı. Ancaq sonradan bayrağını endirdi. Biz də bütün komanda şəklində ona etirazımızı bildirdik ki, əvvəlcə bayrağı qaldırırsan, sonra isə endirirsən. Sonra narazılığımı Rəhim Həsənova edəndə, hakim məni itələyib, söyüş söylədi. Mən də söyüşlə ona qarşılıq verdim. Buna görə də mənə birbaşa qırmızı vərəqə göstərdi. Oyundan sonra baş məşqçimiz Kamran Əlibabayevlə birgə hakimlərin otağına daxil olduq. Rəhimdən səbəbini soruşanda dedi ki, qırmızı vərəqəni söyüşə görə yox, köməkçiyə fiziki təsir etdiyinə görə göstərib. Yəni, protokola da götürüb belə yazıb”.
Maraqlıdır ki, son dəqiqələrdə çox vaxt itirilməsinə baxmayaraq, Rəhim Həsənov ilk hissəyə olduğu kimi, ikinci yarıya da əlavə vaxt təyin etməyib. Digər maraqlı məqam isə ondan ibarətdir ki, protokolda Yusifzadənin etdiyi aqressiv hərəkətin kimə qarşı edildiyi göstərilməyib.
Qeyd edək ki, Yusif Yusifzadə bu oyunda cəmi 12 dəqiqə meydanda olub. O, 75-ci dəqiqədə Natiq Abbasovun yerinə meydana daxil olmuşdu.
Səbuhi TOFİQOĞLU

0
0