“Xəzər Lənkəran” təbrik məktubu yazdı
05.11.2013 - 14:07
Türkiyənin “Fənərbaxça” klubunda keçirilən prezident seçkilərinə Azərbaycan futbol ictimaiyyətinin də diqqətindən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin iddialı klublarından olan “Xəzər Lənkəran” Əziz Yıldırımın yenidən İstanbul təmsilçisinin başçısı seçilməsi münasibətilə təbrik edib.
Belə ki, cənub təmsilçisinin rəhbərliyi yaxın münasibətlərdə olduğu “Fənərbaxça”ya Yıldırımla növbəti uğurlara nail olmağı arzulayıb. Təbrikdə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla dəfələrlə ölkəmizə səfər edən türkiyəli iş adamına “sarı bülbüllər”i zirvəyə daşıyacağına inam ifadə olunub.
Qeyd edək ki, Yıldırım 1998-ci ildən “Fənərbaxça”nın prezidentidir.

0
0