“Şahdağ” 2 illik futboldan uzaqlaşdırılan oyunçusunu qovdu!
05.11.2013 - 14:16
“Şahdağ” 2 illik futboldan uzaqlaşdırılan oyunçusunu qovdu!
“Şahdağ” “Araz Naxçıvan”la oyunda aldığı qırmızı vərəqəyə görə 2 il müddətinə futboldan qovulan Yusif Yusifzadəyə qapını göstərib. Apasport.az saytının Qusar klubunun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu həmin oyunda etdiyi hərəkətə görə klubdan qovulub.

Əslində, klub rəhbərliyinin bu qərarını yaxşı başa düşmək olar. 2 ildən sonra 27 yaşı olacaq Yusif Yusifzadəyə əlavə maaş verməmək üçün bundan yaxşı ideya fikirləşmək olmazdı.