Qusarda qalmaqallı oyun idarə etdi, Budapeştə gedir - FOTO
05.11.2013 - 17:19
3 FİFA hakimimizdən ikisi təyinat alıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rəhim Həsənov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrup oyununda matç idarə edəcək.
O, noyabrın 14-də Macarıstanın paytaxtı Budapeştdə yerli yığmanın Albaniya ilə oyununda əsas söz sahibi olacaq. Onun köməkçiləri isə Yaşar Abbasov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə digər FİFA referisi Əliyar Ağayev icra edəcək.
Qeyd edək ki, Rəhim Həsənov noyabrın 3-də I dəstədə qalmaqallı “Şahdağ” – “Araz Naxçıvan” matçını idarə edib. Meydan sahiblərinin futbolçusu Yusif Yusifzadə yan xətt hakimi Coşqun Həsənova təpik atdığına görə qırmızı vərəqəyə layiq görülüb ki, bu da oyunçunun AFFA İntizam Komitəsi tərəfindən 2 illiyə futboldan uzaqlaşdırılmasına səbəb olub.

0
0