Estoniya – Azərbaycan oyununa biletlərin qiyməti açıqlandı
05.11.2013 - 18:51
Azərbaycan milli komandasının noyabrın 15-də Estoniyaya qarşı keçirəcəyi yoldaşlıq oyununun biletlərinin qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşün biletləri tribunalardan asılı olaraq dəyişir.
Meydanın yan xətlərinə paralel olan tribunalar giriş 10 avroya qədərdir. Nisbətən ucuz yerlərə 7 avroya da giriş haqqı ödəmək olar. Qapıların arxasındakı tribunalara isə biletlər 5-8 avroya satılacaq.
Lakin Tallinnin “Le Koq Arena” stadionundakı matça güzəştli şərtlərlə də daxil olmaq mümkündür. Belə ki, 1994-2005-ci il təvəllüdlü yeniyetmələr və 1952-ci ilədək anadan olan yaşlı nəsil nümayəndələrinə biletlərdə güzəşt ediləcək. 2006-cı il və daha aşağı təvəllüdlülər üçün isə stadiona giriş sərbəstdir.

0
0