“Çelsi” “Şalke” qarşısına Torressiz çıxacaq
05.11.2013 - 21:15
“Çelsi” “Şalke” qarşısına Torressiz çıxacaq
İngiltərə təmsilçisi “Çelsi” sabah “Şalke” ilə keçirəcəkləri Çempionlar Liqası matçına ulduz futbolçusu Fernando Torressiz çıxacaq. Apasport.az saytının məlumatına görə, bu barədə oyun öncəsi mətbuata açıqlama verən London klubunun baş məşqçisi Joze Mourinyo deyib.

İspaniyalı hücumçunun ötən gün keçirilən məşqdə əzələsindən zədələndiyini deyən təcrübəli çalışdırıcı onun Almaniya təmsilçisinə qarşı çıxış edə bilməyəcəyini bildirib. Portuqaliyalı mütəxəssisin sözlərinə görə, sabah tibbi müayinədən keçəcək Torres Premyer Liqanın XI turundakı “Vest Bromviç”lə oyunda da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Çelsi” - “Şalke” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.