Mançini: Yeganə problemimiz budu
06.11.2013 - 02:29
“Korenhagen” qarşısında qələbə qazana bilmədiyimiz üçün “Yuventus”u son matçda məğlub etmək məcburiyyətindəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının IV turu çərçivəsində “Korenhagen” qarşısındakı 1:0 hesablı məğlubiyyəti dəyərləndirib.
İtaliyalı mütəxəssis bu oyunda uduzmağı haqq etmədiklərini deyib: “Nəticə pisdir, amma məğlubiyyəti haqq etmədiyimizi düşünürəm. Bu matçda qalib gəlsəydik “Yuventus” qarşısında bərabərlik belə bizə kifayət idi. Artıq İtaliya klubunu məğlub etməliyik. İkinci yarıda rəqibə qol şansı vermədik. Hər iki hissədə çoxlu epizodlar yarada bildik, amma qol vura bilmədik. Bu matçda qapıçımız Eray İşcan da yaxşı oynadı. Sneyderin meydanda olmamağına baxmayaraq, yaxşı oynadıq. Biz əvvəla qol buraxmamağı öyrənməliyik. Yeganə problemimiz budur. Futbolçularım da çox məyusdur. Əslində mən onları apardıqları inamlı mübarizəyə görə təbrik edirəm. Artıq “Yuventus”u məğlub etmək barədə düşünməliyik”.

0
0