Blatterdən yeni təklif
06.11.2013 - 09:52
Blatterdən yeni təklif
FİFA prezidenti Yozef Blatter yeni təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, dünya futbol qurumunun rəhbəri gələcəkdə pley-off matçlarının ləğv edilməsi fikrini irəli sürüb.

«Pley-off oyunları azarkeşlərə həyəcan yaşadır. Lakin biz təsnifat mərhələsinin yekununda komandaların taleyinə aydınlıq gələcək bir həll yolu tapmalıyıq. Bu cür daha yaxşı olar”, - Blattter bildirib.

Qeyd edək ki, gələn ilin yayında Braziliyada təşkil ediləcək dünya çempionatında iştirak edəcək 21 komanda bəllidir. 11 kollektivin adına isə bu ay keçiriləcək pley-off matçlarından sonra aydınlıq gələcək. Oyunlardan 5-i Afrikada, 4-ü Avropada, 2-si isə fərqli qitələrdə yerləşən ölkələrin (İordaniya – Uruqvay, Meksika Yeni Zelandiya) iştirakı ilə baş tutacaq.