Saşa Yunisoğlu ilə Arif İsayevin komandası Türkiyədə fərqləndirildi
06.11.2013 - 10:34
Saşa Yunisoğlu ilə Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” həftənin komandası seçilib. Apasport.az saytının məlumatına görə, ötən tur İzmirdə “Karşıyaka”nı uzatma dəqiqələrində vurulan qolla 1:0 məğlub edən Dənizli təmsilçisi TRT Spor telekanalında yayımlanan “PTT 1-ci Liqa” verilişində bu ada layiq görülüb.
Bundan başqa, Fərid Quliyevin məxsus olduğu “Kahramanmaraşspor”un evdə “Tavşanlı Linyitspor”u 4:1 darmadağın etməsi də diqqətlərdən yayınmayıb. Komandanın baş məşqçisi Yılmaz Özləm turun baş məşqçisi, həmin matçda dubl müəllifi olmuş nigeriyalı hücumçu İzu Azuka isə turun oyunçusu seçilib.
Qeyd edək ki, bu matçlarda Saşa Yunisoğlu 90 dəqiqə forma geysə də, Arif İsayev zədə səbəbindən “18-lik”də olmayıb. “Kahramanmaraşspor”da Fərid Quliyev 18 futbolçu arasında olsa da, “Tavşanlı Linyitspor”da Usim Nduka ilə Andrey Popoviç heyətə salınmayıb. Əsas heyət oyunçusu olan Nduka cəzalı olduğundan, bu dəfə forma geyməyib.

0
0