“Bavariya” “Barselona”ya çatdı, Kasilyas Raulu keçdi
06.11.2013 - 12:09
Çempionlar Liqasının qrup mərhələsinin IV turu 2 rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubu ardıcıl 9-cu qələbəsini qazanmaqla, yarışın rekordunu təkrarlayıb.
Çexiyada “Viktoriya”nı 1:0 hesabı ilə məğlub edən Münhen təmsilçisi ötən mövsümün 1/4 finalından qələbələri sıralamağa başlayıb. 5 dəfə ötən mövsüm, 4 dəfə yeni mövsümdə qalib gələn almaniyalılar “Barselona”nın 2002/03 mövsümündəki rekorduna çatıb.
Amma kataloniyalılar bütün qələbələrini eyni mövsümdə əldə etmişdi. Gələn tur Rusiya MOİK-ini udacağı halda isə “Bavariya” mütləq rekordçu olacaq.
“Real”ın qapıçısı İker Kasilyas isə Raulun rekordunu qırıb. İtaliya “Yuventus”u ilə görüşdə klubunun heyətində 133-cü dəfə qitənin ən nüfuzlu klub turnirinə çıxan qolkiper əfsanəvi hücumçunu arxada qoyub. 1999-cu ildə Çempionlar liqasında debüt edən İker yarışda 15-ci mövsümünü keçirir.

0
0