Millimizin Bakıda məşq edəcəyi stadionlar bilindi
06.11.2013 - 12:45
Milli komandamız noyabrın 11-dən etibarən Bakıda hazırlıqlara başlayacaq. Apasport.az saytının əldə etdiyi məlumatına görə, yığmamız Estoniyanın paytaxtı Tallinnə yollanmazdan əvvəl paytaxtda qısa müddətlik məşq keçəcək.
Noyabrın 11-dən 13-dək Bakıda keçiriləcək məşqlərin artıq hansı stadionlarda baş tutacağını dəqiqləşdirmişik. Belə ki, komanda hazırlıqlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu və “Bakcell Arena”da keçəcək.
Bu məşqlərdən birinin yerli mətbuat nümayəndələri üçün açıq təşkil olunacağı gözlənilir. Ancaq bunun hansı günə təsadüf edəcəyinə baş məşqçi Berti Foqts ölkəmizə gəldikdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, millimiz noyabrın 14-də Tallinnə yollanacaq. Ayın 15-də Estoniya millisi ilə yoldaşlıq oyunu keçirəcək komandamız daha sonra Bişkekə gedəcək. Orda isə yığma noyabrın 19-da yerli Qırğızıstan millisi ilə gücünü sınayacaq.

0
0