Levandovski son nöqtəni qoydu: gedirəm!
06.11.2013 - 14:42
Levandovski son nöqtəni qoydu: gedirəm!
“Gələn il mütləq hər şeyi deyəcəyəm. Karyeramla bağlı qərar vermişəm, bundan sonra mənimlə təmasa keçməyin mənası yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski deyib.

Polşalı forvardın xidmətində bir çox top-klub maraqlıdır. Futbolçu Almaniya mətbuatına açıqlamasında Dortmundu tərk edəcəyini təsdiqləyib: “Özümü Borussiya”da yaxşı hiss edirəm, amma növbəti mövsümdə yeni şeylər yaşamaq istəyirəm”.

Qeyd edək ki, almaniyalı həmkarlarımızın fikrincə, Robert Levandovski “Bavariya” ilə anlaşıb. Ancaq onun “Real”, “Barselona” və ya “Çelsi”də peyda olacağı da istisna edilmir.