Tallinn və Bişkek sınağı: Millinin səfəri nə vəd edir?
06.11.2013 - 17:24
Bu ay 2 yoxlama görüşü keçirəcək Azərbaycan millisinin heyətinə 23 futbolçu çağırılıb. Apasport.az saytı noyabrın 15-də Estoniya, 19-da Qırğızıstanla baş tutacaq qarşılaşmalara çağırılan oyunçuların yığmadakı göstəricilərini açıqlayıb. Həmin rəqəmlərə əsasən qarşıdakı səfər bir sıra yubileylər vəd edir.
Millinin rekordçusu və kapitanı Rəşad Sadıqov hər 2 görüşdə iştirak etsə, Qırğızıstandakı matç onun yığmada yubiley – 90-cı qarşılaşması olacaq.
Vitse-kapitan Mahir Şükürov isə artıq noyabrın 15-də yubiley qeyd etməyə hazırlaşır. Onun oyun sayı Tallinndə 70-ə çata bilər.
Rəşadın “Qarabağ”dakı komanda yoldaşlarından Maksim Medvedev üçün ilk oyun 25-ci olacaq. Qapıçı Fərhad Vəliyev üçün isə buraxılan ilk qol 50-ci olacaq.
Həm Tallinn, həm Bişkekdə oynayacaqları halda, Vladimir Levin 30, Rəşad Sadiqov 25-ci milli görüşündə forma geyəcək. 2 matçda oynaması Əfran İsmayılovu da “20”yə çatdıracaq. Əli Gökdəmir, Bədavi Hüseynov və Rüfət Dadaşov isə 8 dəfə meydana çıxdıqları millidə oyun sayını 10-a çatdırmaq imkanına malikdir.
Vaqif Cavadov cəmi 1 qol vurmaqla, 10-u da fəth etmiş olacaq.
Qeyd edək ki, yığmadakı yeganə debütant Taşkin İltər meydana çıxmaqla ilk dəfə əsas yığmada oynamış olacaq.

futbolçu | oyun | qol |
| Rəşad Sadıqov | 88 | 4 |
| Mahir Şükürov | 69 | 4 |
| Vüqar Nadirov | 52 | 4 |
| Vaqif Cavadov | 50 | 9 |
| Ruslan Abışov | 37 | 4 |
| Cavid Hüseynov | 36 | 1 |
| Rauf Əliyev | 34 | 6 |
| Rahid Əmirquliyev | 33 | 1 |
| Elnur Allahverdiyev | 32 | 0 |
| Fərhad Vəliyev | 32 | -49 |
| Vladimir Levin | 28 | 0 |
| Maksim Medvedev | 24 | 0 |
| Rəşad Sadiqov | 23 | 0 |
| Əfran İsmayılov | 18 | 1 |
| Cihan Özkara | 13 | 1 |
| Ufuk Budak | 11 | 0 |
| Rasim Ramaldanov | 10 | 0 |
| Bədavi Hüseynov | 8 | 0 |
| Əli Gökdəmir | 8 | 0 |
| Rüfət Dadaşov | 8 | 4 |
| Səlahət Ağayev | 4 | -1 |
| Anar Nəzirov | 2 | 0 |
| Taşkın İltər | 0 | 0 |
0
0