“Baş verənlər həyatım boyu rastlaşdığım ən dəhşətli hadisə idi”
06.11.2013 - 18:53
Uruqvaylı Xuan Obelar qapıçı karyerasını bitirməyə məcbur olub. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun başına gələn xoşagəlməz hadisədir.
Ölkəsində bir neçə klubun formasını geymiş Xuan evini təmir edərkən ehtiyatsızlıq edib. Taxtanı mişarlayarkən 4 barmağını itirən qolkiper xəstəxanaya çatdırılıb. Sol əlində cəmi 1 barmağı qalan Obelar artıq qapıda dayanmaq iqtidarında deyil: “Baş verənlər həyatım boyu rastlaşdığım ən dəhşətli hadisə idi. Tərslikdən evdə də tək idim deyə, mənə yardım da edən olmadı. Bir də onda gördüm ki, əlimdə yalnız baş barmağım qalıb”.
Qeyd edək ki, uruqvaylı futbolçu böyük idmana qayıtmaq niyyətindədir. Hazırda klubsuz olan Xuan yanvarda özünə komanda tapıb qapıçı kimi deyil, sahə oyunçusu kimi çıxış etmək arzusundadır. Çünki bir əlində tək barmaq qaldığından yalnız meydanda oynaya bilər.

0
0