Venger: Özil “Qızıl top”da favorit deyil
06.11.2013 - 20:45
Venger: Özil “Qızıl top”da favorit deyil
“Arsenal”ın baş məşqçisi Arsen Venger ulduz futbolçusu Məsut Özillə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Venger Almaniya millisinin türk əsilli yarımmüdafiəçisinin gələcəkdə “Qızıl top” mükafatını qazana biləcəyini deyib.

Fransalı mütəxəssis Lionel Messi, Frank Riberi, Kriştianu Ronaldo kimi ulduz futbolçuların da namizədlər sırasında yer aldığını qeyd edərək bu il Özilin favorit olmadığını bildirib: “Özil bu il favoritlərdən biri deyil, amma gələcəkdə bu mükafatı qazana bilər”.

64 yaşlı çalışdırıcı yetirməsinə təriflər yağdırıb: “Məsutun komandadakı digər futbolçularla birgə kollektiv şəkildə oynamaq arzusu çox güclüdür. O, bir futbol dahisidir və oyun ərzində nəyə ehtiyac olduğunu yaxşı bilir”.