Futbolçularımız oynamadı, komandaları sülh bağladı
06.11.2013 - 23:53
Futbolçularımız oynamadı, komandaları sülh bağladı
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında XII tura start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” doğma azarkeşləri qarşısında Fərid Quliyevin komandası “Kahramanmaraşspor”la üz-üzə gəlib.

Bu qarşılaşmada qalib müəyyənləşməyib və tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.

Qapıçımız Kərimi və hücumçumuz Quliyev 18-lik heyətdə yer alsa da meydana çıxa bilməyib.

Qeyd edək ki, hazırda “Kahramanmaraşspor” 6 xalla 18-ci, “Fəthiyəspor” isə 5 xalla 19-cu pillədə qərarlaşır.