“Dənizlispor” məğlub oldu
07.11.2013 - 00:13
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında XII tura start verilib. Apasport.az saytının məlumatına görə, 2 həmyerlimizin forma geyindiyi “Dənizlispor” bu gün növbəti matçına çıxıb.
Dənizli təmsilçisi doğma arenada “Manisaspor”u qəbul edib və 0:1 hesabı ilə məğlub olub.
Zədəli olan Arif İsayev bu oyunda çıxış etməsə də, Saşa Yunisoğlu start heyətdə meydana daxil olub və sona qədər mübarizə aparıb. Yunisoğlu oyunun 89-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Dənizlispor” hazırda 11 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.

0
0