Klopp: Apardığımız mübarizənin qarşılığını ala bilmədik
07.11.2013 - 02:58
Klopp: Apardığımız mübarizənin qarşılığını ala bilmədik
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Borussiya” evdə “Arsenal”a 0:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, oyundan sonra yerli mətbuata açıqlama verən Dortmund klubunun baş məşqçisi Yurgen Klopp komandasının çıxışını dəyərləndirib.

Almaniyalı mütəxəssis məğlubiyyəti haqq etmədiklərini deyib: “Soyunub-geyinmə otağında da dedim. Apardığımız mübarizənin qarşılığını ala bilmədik. Bu məğlubiyyət planımızda yoxdu. İndi özümüzü pis hiss etsək də daha iki matçımız var. Həmin oyunlarda qalib gəlsək, hər şey gözəl olacaq. “Arsenal” yaratdığı ilk epizodda qol vurdu. Meydanda istədiyimiz oyunu göstərə bildik. Əlimizdən gələn hər şeyi etdik, amma qol vura bilmədik. Hakim qərarları da oyuna təsir etdi, ancaq əvvəla öz səhvlərimizə nəzər yetirməliyik”.

Qeyd edək ki, “Borussiya” bu matçdan sonra 6 xalla F qrupunun 3-cü pilləsində qərarlaşıb.