“Atletiko” 1-ci yeri, “Barselona” 1/8 finala vəsiqəni təmin etdi
07.11.2013 - 09:19
“Atletiko” 1-ci yeri, “Barselona” 1/8 finala vəsiqəni təmin etdi
Çempionlar Liqasının 1/8 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV turunun oyunlarından sonra İspaniya təmsilçiləri “Atletiko” ilə “Barselona” növbəti raunda adlayıb.

G qrupunda çıxış edən Madrid təmsilçisi Avstriyada “Austriya”nı 4:0 hersabı ilə darmadağın etməklə hesabındakı xalları 12-yə çatdırıb. Bununla da “Atleriko” nəinki 1/8 finalda yerini təmin edib, hətta qrup birincisi olacağını da rəsmiləşdirib. H qrupunda İtaliya “Milan”ını 3:1 hesabı ilə üstələyən “Barselona” isə 10 xalla ilk 2 yerdən birini təmin edib.

Qeyd edək ki, turun ilk oyun günündə Almaniya “Bavariya”sı ilə İngiltərə “Mançester Siti” də 1/8 finala yüksəlmişdi.