Fasilə ərəfəsində son tur: Autsayderlərlə start, derbi ilə yekun
07.11.2013 - 10:46
Fasilə ərəfəsində son tur: Autsayderlərlə start, derbi ilə yekun
Sabah Topaz Premyer Liqasında XIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq 2 həftəlik fasilə ərəfəsində turun qarşılaşmaları 3 gün davam edəcək.

4 oyunu paytaxtda baş tutacaq həftənin ilk görüşündə autsayderlər üz-üzə gələcək. Sonuncu pillədən qurtulmağa çalışan “Sumqayıt” öz meydanında uduzduğu “Rəvan”ı səfərdə məğlub etməyə çalışacaq. 6 oyundur qola, 9 matçdır qələbəyə həsrət qonaqlar bu seriyalara son qoymaq əzmindədir. Bakılılar isə Şahin Diniyevin rəhbərliyi altında ilk qələbə qazanmaqla 6 turluq həsrətə son qoya bilər.

Şənbə günü liderin qarşılaşması ilə başlayacaq. “Qarabağ” yeganə məğlubiyyətini aldığı AZAL-ın qonağı olacaq. Lider üzərində qələbədən sonra 7 matçdır qalib gələ bilməyən Vaqif Sadıqovun yetirmələri yavaş-yavaş itirməkdə olduqları mövqeni bərpa etmək üçün 3 xal əldə etməlidir. Ağdamlılar hətta heç-heçə ilə də fasiləyə zirvədə yollana bilər.

“Kiçik qardaşı” “Simurq”u yenə öz meydanında qəbul edəcək “İnter” ardıcıl 2 dəfə uduzduğu rəqibini keçməyə çalışacaq. Son 5 turda 4 qələbə qazanmaqla turnir cədvəlində xeyli irəliləyən Kaxaber Sxadadzenin yetirmələri 7 matçdır qələbə həsrətində olan zaqatalalıları udmaqla 4-cü pilləyədək irəliləyə bilər.

Əyalətdə baş tutacaq yeganə görüşdə isə “Xəzər Lənkəran”la “Qəbələ” münasibətlərini ayırd edəcək. Tanınmış mütəxəssislər Con Toşakla Yuri Syominin yetirmələri ötən turdakı məğlubiyyəti unutdurmağa çalışacaq. Ardıcıl 2 böyük hesablı məğlubiyyətdən sonra cənublular üçün qalib gəlmək çox vacibdir. Son 8 matçda qapısında qol görən “Xəzər Lənkəran” 4 qarşılaşmadır rəqib qapılarına yol tapan “Qəbələ”dən ilk dövrədəki yenilginin də əvəzini çıxmalıdır.

Tura “Neftçi” və “Bakı” arasında paytaxt derbisi ilə yekun vurulacaq. “Qarabağ”ın büdrəməsi halında liderliyə yüksəlmək imkanına malik “ağ-qaralar” növbəti qələbəsini qazanmaq əzmindədir. Paytaxtın eyniadlı təmsilçisi isə 4-cü pillədəki yerini qorumağa çalışmalıdır. Nazim Süleymanovun yetirmələri ilk dövrədə rəqibindən aldığı darmadağının da təsadüf olduğunu öz meydanında sübut etməlidir.

Qeyd edək ki, fasilədən sonrakı ilk tur noyabrın 21-də start götürəcək.

XIII tur

8 noyabr (cümə)


17:00. “Rəvan” – “Sumqayıt”
Bayıl Arena stadionu
I dövrədəki oyun – 1:0

9 noyabr (şənbə)

16:00. AZAL – “Qarabağ”
AZAL Arena stadionu
I dövrədəki oyun – 1:0

17:00. “İnter” – “Simurq”
“Şəfa” stadionu
I dövrədəki oyun – 1:2

10 noyabr (bazar)

17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Lənkəran şəhər stadionu
I dövrədəki oyun – 0:2

18:00. “Neftçi” – “Bakı”
Bakcell Arena stadionu
I dövrədəki oyun – 0:3

komandaoqhmtx
1
Qarabağ
12
8
3
1
24-7
27
2
Neftçi
12
7
4
1
18-8
25
3
Qəbələ
12
7
1
4
20-13
22
4
Bakı
12
5
3
4
21-14
18
5
İnter
12
5
1
6
21-18
16
6
AZAL
12
4
4
4
11-15
16
7
Simurq12
3
5
4
11-12
14
8
Xəzər L
12
3
4
5
10-17
13
9
Rəvan
12
1
4
7
7-24
7
10
Sumqayıt
12
1
3
8
5-20
6

Bombardir: Əfran İsmayılov (Bakı) – 6 qol