“Neftçi” - “Bakı” oyununda qol vurulmayacaq?
07.11.2013 - 11:58
Topaz Premyer Liqasının XIII turunun “Neftçi” və “Bakı” arasında mərkəzi oyunu “sülhsevər” hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı idarə edəcək Fariz Yusifovun cari mövsüm çempionatda idarə etdiyi 8 qarşılaşmadan 6-da heç-heçə qeydə alınıb. Daha 2 oyunda isə qonaqlar qalib gəlib. Bir sözlə, “Neftçi” meydan sahibləri üçün uğursuz sindroma son qoymalıdır.
Bundan başqa, təcrübəli referi ardıcıl 3 turdur qol görmür. Çünki onun idarə etdiyi matçlar 0:0 hesabı ilə nəticələnir. Yusifovun idarə etdiyi 8 görüşdən 5-də bu nəticəyə təsadüf olunub.
Elə “Neftçi”nin Yusifovun idarəçiliyi ilə keçirdiyi yeganə matç da belə bitib. Buna IV turun “Xəzər Lənkəran”la səfər matçında təsadüf edilib. “Bakı” isə daha çox – 3 dəfə Yusifovla rastlaşıb. Lakin onlar qələbə qazan bilməyiblər. İlk turda “Qəbələ”yə 2:3 hesabı ilə uduzan paytaxtın eyniadlı təmsilçisi VII turda “İnter”, XI turda “Rəvan”la bərabərə qalıb – müvafiq olaraq 2:2 və 0:0.
Mövsüm ərzində 1 penalti və 2 qırmızı vərəqə ilə diqqət çəkən Yusifov yeganə 11 metrlik qərarını “Bakı”nın lehinə verib. Onlar “İnter”lə oyunda penalti qazanıb. Əfran İsmayılov həmin şansı qaçırmayıb.

0
0