“Xəzər Lənkəran” - “Qəbələ” matçında “bolşe” gözlənilir
07.11.2013 - 12:46
Topaz Premyer Liqasının XIII turunun əyalətdə keçiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması təcrübəli Vüsal Əliyevə tapşırılıb. Apasport.az saytının məlumatına görə, sabiq FİFA referisi mövsümdə 10-cu çempionat matçına çıxacaq.
Onun idarə etdiyi əvvəlki 9 matçda heç-heçə qeydə alınmayıb. Bu oyunların yalnız ikisində 3-dən az qol vurulub. 7 matçda isə 3 və ya daha çox qeydə alınıb. Əliyevin fit çaldığı matçlardan 7-də meydan sahibləri və yalnız ikisində qonaqlar qalib gəlib.
Təcrübəli referi yalnız 1 dəfə “Qəbələ”nin matçına təyinat almışdı. Bu da ki, V turun “Xzəər Lənkəran”la görüşü idi. Həmin qarşılaşmada Yuri Syominin yetirmələri 2 cavabsız qolla qalib gəlmişdilər.
Cənublular bundan sonra daha 2 dəfə Əliyevlə görüşüb. VII turda səfərdə AZAL-ı 3:1 hesabı ilə məğlub edən “ağ-yaşıllar” XI turda öz meydanında “Qarabağ”dan 3 cavabsız qol buraxıblar. Bu isə o deməkdir ki, sabiq FİFA referisinin idarə etdiyi oyunlarda qonaqların qalib gəldiyi hər 2 matç cənubluların iştirakı ilə baş tutub. Ümumilikdə Əliyevin son 4 matçında qalib komanda 3 qol vurur.
Cari mövsümdə meydan sahiblərinə 2, qonaqlara 4 qırmızı vərəqə verən hakim “Xəzər Lənkəran”a AZAL-la görüşdə say üstünlüyü qazandırıb. Qonaqların qapısına 2 penalti təyin edən referi “Qarabağ”la matçda cənubluların lehinə 11 metrlik zərbə təyin edib. Lakin bu zərbə dəqiq olmayıb.

0
0