Millimiz üçün sabiq futzalçı - FOTO
07.11.2013 - 13:26
Azərbaycan millisinin Estoniya ilə yoxlama oyununu idarə edəcək rusiyalı hakim Aleksey Nikolayevin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı referi əvvəllər futbolçu olub.
Lakin daha çox futzal oynaması ilə tanınıb. Rusiya millisində də çıxış etmiş futzalçı Moskva “Spartak”ı, həmçinin “Poliqran”la “Almaz”ın şərəfini qoruyub.
Hələ 16 yaşından hakimliyə də meyl salan Nikolayev 2002-ci ildən Rusiya Premyer Liqasının matçlarına dəvət alır. 2007-ci ildən FİFA hakimi olan rusiyalı 2010-cu ildə UEFA-nın elit kateqoriyasına daxil olub. 3 il əvvəl Nikolayev U-17-lərin dünya çempionatının final mərhələsində iş başında olub və hətta Braziliya ilə Uruqvay arasında yarımfinalda da fit çalıb.
Rusiyalı hakim Azərbaycan komandaları ilə “Birlik kuboku”nda tanış olub. 2007-ci ildə “Bakı”nın Moldova təmsilçisi “Şerif”ə 3:4 hesabı ilə uduzmasını görən Nikolayev “İnter”in tarix qələbəsinə da şahidlik edib. 2011-ci ildə “bankirlər” 1/4 finalda Ermənistan “Mika”sını 4:0 hesabı ilə darmadağın edəndə oyunu məhz Nikolayev idarə edirdi.

0
0