Sentyabr və oktyabrın ən yaxşıları “apasport”da!
07.11.2013 - 16:30
Topaz Premyer Liqasında son iki ayın ən yaxşıları məlum olub. Apasport.az saytı sentyabr və oktyabr aylarında baş tutan çempionat matçlarına əsasən həmin dövrün turnir cədvəlini tərtib edib.
Sentyabrda keçirilən 17 qarşılaşmada ümumilikdə 33 qol vurulub. İlin 9-cu ayında 3 komanda – “Simurq”, “Qəbələ” və “Neftçi” məğlub olmayıblar. Bakılılar 1 qələbə qazandıqları üçün digər 2 komandadan geri qalır. Hərəyə 2 dəfə 3 xala sevinən digər 2 komanda arasında isə “Qəbələ” seçilir. Çünki “Simurq” 1 xal çox toplasa da, buna 1 matç artıq keçirməklə nail olub. Əslində, “Xəzər Lənkəran” üçün də sentyabr uğurlu sayıla bilər. Cənublular 3 matçda 6 xal toplayıblar.
Oktyabrda isə 3 tur, yəni 15 qarşılaşma keçirilib. Bu matçlarda da sentyabrda olduğu kimi 33 qol vurulub. Lakin ötən ayın mütləq “çempion”u var. Keçirdiyi hər 3 matçda eyni – 3:0 hesabı ilə qalib gələn “Qarabağ” böyükhesablı qələbələri sıralamaqla hamıdan güclü olduğunu göstərib. Ayı məğlubiyyətsiz başa vuran “Neftçi”, hərəyə 1 yenilgisi olan “Qəbələ” və “İnter” üçün də oktyabr uğurlu alınıb.

1 | Simurq | 4 | 2 | 2 | 0 | 5-2 | 8 |
2 | Qəbələ | 3 | 2 | 1 | 0 | 5-1 | 7 |
3 | Xəzər L | 3 | 2 | 0 | 1 | 5-3 | 6 |
4 | Neftçi | 3 | 1 | 2 | 0 | 3-1 | 5 |
5 | Bakı | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
6 | İnter | 4 | 1 | 1 | 2 | 5-7 | 4 |
7 | AZAL | 4 | 1 | 1 | 2 | 3-5 | 4 |
8 | Qarabağ | 4 | 0 | 3 | 1 | 1-2 | 3 |
9 | Rəvan | 3 | 0 | 2 | 1 | 1-4 | 2 |
10 | Sumqayıt | 3 | 0 | 1 | 2 | 1-4 | 1 |
Oktyabrda isə 3 tur, yəni 15 qarşılaşma keçirilib. Bu matçlarda da sentyabrda olduğu kimi 33 qol vurulub. Lakin ötən ayın mütləq “çempion”u var. Keçirdiyi hər 3 matçda eyni – 3:0 hesabı ilə qalib gələn “Qarabağ” böyükhesablı qələbələri sıralamaqla hamıdan güclü olduğunu göstərib. Ayı məğlubiyyətsiz başa vuran “Neftçi”, hərəyə 1 yenilgisi olan “Qəbələ” və “İnter” üçün də oktyabr uğurlu alınıb.
1 | Qarabağ | 3 | 3 | 0 | 0 | 9-0 | 9 |
2 | Neftçi | 3 | 2 | 1 | 0 | 4-2 | 7 |
3 | Qəbələ | 3 | 2 | 0 | 1 | 4-2 | 6 |
4 | İnter | 3 | 2 | 0 | 1 | 4-1 | 6 |
5 | Xəzər L | 3 | 1 | 1 | 1 | 3-5 | 4 |
6 | Rəvan | 3 | 0 | 2 | 1 | 2-3 | 2 |
7 | Simurq | 3 | 0 | 2 | 1 | 2-3 | 2 |
8 | AZAL | 3 | 0 | 2 | 1 | 3-5 | 2 |
9 | Bakı | 3 | 0 | 2 | 1 | 2-5 | 2 |
10 | Sumqayıt | 3 | 0 | 0 | 3 | 0-7 | 0 |
0
0