Əmirquliyevlə Ramaldanov uşaqlarla futbol oynadı
07.11.2013 - 18:15
Bu gün Lənkəran rayonundakı Şiləvar kənd orta məktəbində "Məktəblərdə futbol dərsi" layihəsinin açılışı olub. Apasport.az xəbər verir ki, tədbirdə Lənkəran şəhər təhsil idarəsinin fiziki hazırlıq üzrə metodisti Kamran Məmmədov, məktəbin direktoru Elnur Əsədli, Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" klubunun üzvləri Rahid Əmirquliyevlə Rasim Ramaldanov iştirak edib.
Qeyd edək ki, bu layihə Şiləvar kənd orta məktəbində V, VI və VII siniflərdə təhsil alan 80 şagirdi əhatə edəcək. Tədbirin sonunda Rahid Əmirquliyev və Rasim Ramaldanov şagirdlərlə birgə futbol oynayıb.

0
0