“Rəqiblərimiz bizdən qorxmalıdı”
07.11.2013 - 20:54
“Yuventus”un futbolçusu Pol Poqba Çempionlar Liqasındakı oyunları ilə bağlı iddialı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi növbəti tura vəsiqə qazanacaqlarını və heç kimdən qorxmadıqlarını bildirib.
Poqba 2:2 hesabı ilə bərabərə qaldıqları “Real” matçını belə dəyərləndirib: “Xüsusilə, qarşılaşmanın birinci hissəsində əla oyun nümayiş etdirdik. Güclü bir rəqibə qarşı çıxış etdik və buraxdığımız ilk səhvdə cəzalandırıldıq. Hesab edirəm ki, növbəti oyunlarda rəqiblərimizin yox, bizim nə edəcəyimiz daha önəmlidir. Çox güclü komandayıq və rəqiblərimiz bizdən qorxmalıdır. Hesab edirəm ki, növbəti oyunlarda əsl gücümüzü göstərməliyik”.
Qeyd edək ki, 3 xalla qrupda son sırada qərarlaşan “Yuventus” növbəti iki matçda “Kopenhagen”lə evdə, “Qalatasaray”la isə səfərdə qarşılaşacaq.

0
0