Cavid Hüseynov: Prinsip aparmaq yaxşı əlamətdi - - MÜSAHİBƏ
08.11.2013 - 00:01
“Bakı” klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XIII turunda qarşılaşacağınız “Neftçi” ilə oyuna necə hazırlaşırsınız?
- Çətin olacaq. Yaxşı hazırlaşırıq. Heç bir problemimiz yoxdur. Oyunun məsuliyyətini anlayırıq.
- Birinci dövrədə rəqibinizi böyük hesabla məğlub etdiniz. Bu, bir qədər sürpriz nəticə kimi yadda qaldı. Necə fikirləşirsiniz, həmin nəticəni təkrarlamaq olacaqmı?
- Həmin hesab bizi arxayınlaşdırmır. “Neftçi” güclü komandadır. Güclü rəqibə qarşı da ciddi hazırlaşmalıyıq. I dövrədə qeydə alınan 3:0 hesablı qələbəni yaddan çıxarmışıq.
- “Neftçi”nin son oyunlarını izləmisiniz. Nazim Süleymanovun gəlişindən sonra komanda necə təsir bağışlayır?
- Nazim müəllimi yaxşı tanıyıram. Çox güclü, öz dəsti-xətti olan məşqçidir. Komandada həqiqətən də dirçəliş hiss olunur. Biz də meydana qələbə əzmi ilə çıxacağıq. Nəyin bahasına olursa-olsun, məqsədimizə nail olmalıyıq.
- Ancaq “Bakı” qeyri-sabit oyunu ilə ümidləri doğrultmur. Əvvəllər bunu yeni gələn futbolçuların çoxluğu ilə izah edib, zamana ehtiyacın olduğunu deyirdiniz. Bəs indi səbəbini nə ilə izah edirsiniz?
- Düzdür, əvvəllər yeni gələn futbolçuların adaptasiyası üçün vaxt lazım idi. İndi isə zədəli futbolçularımız çoxluq təşkil edir. Ehtiyat oyunçularımız da o dərəcədə güclü deyillər ki, onları əvəzləsinlər. Həm də komandanın formalaşması üçün 10-12 tur yox, daha çox zaman lazımdı. İndiki məşqçi ilə yeni başlamışıq, ona vaxt vermək lazımdır. İnanırıq ki, yaxşı olacaq.
- Nazim Süleymanov yığmada da işləyib və “Bakı”nın millidəki futbolçularını yaxşı tanıyır. Onun sizə qarşı xüsusi bir plan hazırladığını düşünürsünüzmü?
- Müasir futbolda hansısa futbolçuya qarşı fərdi hazırlıq olmur. Kollektiv oyuna görə plan qurulur. “Neftçi” də açıq futbol oynayır. Buna görə də bu komanda ilə qarşılaşmamız hər zaman maraqlı alınır. Nazim müəllim bizi yaxşı tanıyır. Hərbçilərin dünya birinciliyində də birgə çalışmışıq.
- “Bakı” və “Neftçi” rəhbərliyi arasında “soyuq müharibə”nin getdiyi heç kimə sirr deyil. Bu amil futbolçulara da sirayət edirmi?
- Prinsip aparmaq yaxşı əlamətdir, amma təmiz idman mübarizəsi çərçivəsində. Bu oyuna marağı daha da artır. Qaldı ki, heç kimlə düşmənçiliyim yoxdur. Futbol oynamaq lazımdır.
- Son iki oyunda meydana sonradan daxil oldunuz. Amma əvvəllər baş məşqçi sizə ilk “11-lik”də şans verirdi. Əvəzetmədən oyuna qoşulmağınız nədən qaynaqlanır?
- Bu, baş məşqçinin işidir. Bu haqda onunla danışmamışam. Öz fikri, ideyası var. Yəqin nə isə etmək istəyir.

0
0