Pike sıradan çıxdı
08.11.2013 - 04:47
Pike sıradan çıxdı
“Barselona”nın futbolçusu Xerard Pike “Betis”lə oyunda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Belə ki, Çempionlar Liqasındakı “Milan”la qarşılaşmadan sonra qasıq nahiyəsində ağrı əmələ gələn təcrübəli müdafiəçi ötən gün tibbi müayinədən keçirilib. Yoxlanışdan sonra futbolçunun növbəti qarşılaşmada meydana çıxmasının çətin olduğu deyilir.

Qeyd edək ki, “Betis” – “Barselona” matçı La Liqanın XIII turu çərçivəsində noyabrın 10-da keçiriləcək.