8 komanda 1/16 finalda
08.11.2013 - 09:33
Avropa Liqasının qrup mərhələsinin IV turunun qarşılaşmaları 1/16 final mərhələsinə vəsiqələrdən 8-nin adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, son 2 turun matçlarından asılı olmayaraq 2 qrupda ilk iki pillənin, daha 4 qrupda isə bir vəsiqənin sahibi bilinir.”
C qrupunda son 2 tur formallığa çevrilib. Avstriyanın “Zalsburq” klubu 4 qələbə qazanmaqla mərhələ adlayıb. Danimarka “Esbyerq”i də artıq digər 2 komanda üçün əlçatmazdır. E qrupunda da oxşar vəziyyətdir. 4 qələbə qazanan İtaliya “Fiorentina”sı və Ukrayna “Dnepr”i 1/16 finala yüksəlib.
A qrupunda İspaniyanın “Valensiya”, B qrupunda Bolqarıstanın “Lüdoqorets”, D qrupunda Rusiyanın “Rubin”, K qrupunda İngiltərənin “Tottenhem” klubları da buna nail olub. Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” evdə İngiltərə “Uiqan”ını 1:0 hesabı ilə məğlub etməklə mərhələ adlayıb.

0
0