Sevgili kimi öpüşənlər - FOTOSESSİYA
08.11.2013 - 10:05
Sevgili kimi öpüşənlər - FOTOSESSİYA
“Real”ın italiyalı baş məşqçisi Karlo Ançelotti ilə “Yuventus”u çalışdıran həmyerlisi Antonio Konte idman mətbuatına yeni mövzu verib. Apasport.az saytının məlumatına görə, onların öpüşdüyü anda çəkilən şəkilləri müzakirələrə yol açıb.

Çərşənbə axşamı Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən “Yuventus” – “Real” (2:2) matçı başa çatandan sonra Konte ilə Ançelotti bir-birinə sarıldılar. Hətta, bir qədər də uzağa gedərək, dodaq-dodağa öpüşdülər.

Lakin italiyalı çalışdırıcılar meydanda bir-biri ilə öpüşən ilk kişilər deyillər. Daha öncə də yaşıl meydanlarda, ictimaiyyət qarşısında əndazəni aşanlar olub. Özü də, onların arasında yığmamızın baş məşqçisi Berti Foqts da var.

Meydanda öpüşərək, kameralara yaxalanan bəzi cütlüklərin fotolarını təqdim edirik: